
Xristianlar İsa Məsihə iman edən insanlardır. Biz inanırıq ki Allah dünyanı sevdi, insan günah səbəbindən Ondan uzaq düşdü və İsa Məsih vasitəsi ilə xilas yolu açıldı. Protestant ənənəsində əsas mənbə Müqəddəs Kitabdır və xilas Allahın lütfüdür.
Xristianlar
Kimdir?
Tez-tez verilən suallar.
Mən başqa dinə inanıram. Sizin gözləntiniz nədir?
Biz heçkimi məcbur etmirik. Sadəcə məlumat veririk və hörmətlə cavablandırırıq.
Xristianlığın əsas mesajı nədir?
Allah sizi sevir və İsa Məsih vasitəsilə bağışlanma və yeni həyat verir.
Kilsə nə üçündür?
Dua, Öyrənmək, birlikdə ibadət, və bir-birinə dəstək və məhəbbət göstərmək üçün.
Xristianlıq nədir?
Xristianlıq İsa Məsihə əsaslanan iman yoludur. Allah insanı sevir və xilas üçün yol açdı.
Niyə İsa Məsih vacibdir?
O, günahsız yaşadı, çarmıxda öldü və dirildi. Xilas onun vasitəsi ilə gəlir.
Xristianların Kitabı nədir?
Müqəddəs Kitab: Əhdi-ətiq və Əhdi-cədid

İncil nədir?
Deyə düşünmüsən? O zaman biz mümkün qədər qısa və aydın şəkildə izah edəcəyik sizin üçün.
İncil insanlara sevgi,ümid və doğru yaşamağı anlatan Müqəddəs kəlamdır.
Bu kitabda Məsihin insanlara nümunəsini və öyrətdiklərini aydın görə bilərik.
İncil yalnız dini deyil eyni zamanda həyatda doğru yolu tapmaq istəyən
hər kəs üçün ‘’Canlı kəlamdır’’. İbranilərə 4:12
Əgər sən də İncil Kitabını oxumağ istəyirsənsə, o zaman "hədiyyə" Düyməni çəkinmədən bas.




